Qadın evə gec gələn ərini aldatdı: İşə polis qarışdı

Qadın evə gec gələn ərini aldatdı: İşə polis qarışdı

Masallıda həyat yoldaşının evə tez gəlməsini istəyən qadın ona zəng edərək yalandan evə naməlum şəxslərin girdiyini deyib. Əri isə dərhal polisə zəng edərək evinə basqın olduğunu bildirib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayon sakini E.Ələsgərov evindən 1100 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

Masallı RPŞ əməkdaşları tərəfindən həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Məlum olub ki, E.Ələsgərovun həyat yoldaşı ərinin evə gec saatlarda gəldiyini görərək ona zəng edib və evə naməlum şəxslərin daxil olduğunu, lakin heç bir şey oğurlanmadığını bildirib. Həyat yoldaşı isə evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə polisə yalan məlumat verib.

Faktla bağlı araşdırma aparılır.