Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulu və mobil telefonu oğurlanıb.
Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb.