Qanunsuz tikinti işləri apardılar: Obyekt nəzarətə götürüldü -

Qanunsuz tikinti işləri apardılar: Obyekt nəzarətə götürüldü -

Gəncədə qeyri-qanuni tikintinin qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində vətəndaş Quliyev Fəxrəddin Həmid oğlu tərəfindən tikintisi aparılan doqquzmərtəbəli yaşayış binasına müvafiq icazəverici sənədləri olmadan əlavə olunan qeyri-yaşayış sahəsinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.