“Qarabağ” Çempionlar Liqasına hazırlıq üçün Avstriyaya gedir

“Qarabağ” Çempionlar Liqasına hazırlıq üçün Avstriyaya gedir

Azərbaycanı növbəti mövsüm Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı məlum olub.


Dovlet.Tv xəbər verir ki, mayın 28-də Premyer Liqanın son tur oyunundan sonra istirahətə buraxılacaq kollektiv iyunun 11-də Bakıda toplaşacaq.


Komanda hazırlığın əsas mərhələsini Avstriyada keçəcək. “Qarabağ” iyunun 22-də sözügedən ölkəyə yollanacaq. Ancaq toplanışın müddəti hələlik dəqiqləşməyib. Bu, Çempionlar Liqasının püşkatmasından - komandanın ilk oyunu harada keçirməsindən asılı olacaq. “Atlılar” səfərdə oynayacaqsa, Avstriyadan birbaşa ora gedəcək. İlk oyun evdə olacağı təqdirdə komanda daha erkən Bakıya qayıdacaq.


“Qarabağ” toplanış müddətində 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər hələlik dəqiqləşməyib.