"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.
Dovlet.Tv xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlib. Görüşün əsas vaxtında "Gent" 1 qol vuraraq ümumi hesabı bərabərləşdirdiyi üçün əlavə vaxt ehtiyac duyulub.
Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan Belçika təmsilçisi 5:3 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. "Qarabağ" isə turnirdə mübarizəni dayandırıb. "Qarabağ"ın yeni transferi Yassin Benzia penaltidən yararlana bilməyib.
Bu komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.