Dovlet.Tv xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin III turunun matçına çıxıb.
Ağdam klubu səfərdə Yunanıstan “Olimpiakos”u ilə qarşılaşıb. Pireydəki görüşün ilk yarısı qarşılıqlı hücumlarla keçsə də, hesab açılmayıb.
Düzdür, Abdullah Zubir matçın əvvəlində rəqib qapısına yol tapmağı bacarıb. Amma VAR-ın ofsayd qərarı ilə qol hesaba alınmayıb.
Qarşılaşmanın taleyi ikinci 45 dəqiqədə həll olunub. Hissənin ortalarında Ovusu Kvabena meydan sahiblərinin qapısına yol tapıb – 1:0.
Görüşün sonlarında isə Marko Veşoviç fərqi artırıb. Ramil Şeydayevin qolu isə 3:0 hesablı darmadağını rəsmiləşdirib. “Qarabağ” ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb.
G qrupu, 6 oktyabr
“Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan) - 0:3
Qollar: Ovusu Kvabena, 68, Marko Veşpviç, 82, Ramil Şeydayev, 85
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
“Olimpiakos”: 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis (k), 6. Yan Mvila, 8. Pyer Kunde, 18. Hvan Ui Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges
Ehtiyat oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 17. Marius Vrusai, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 47. Abubakar Kamara, 19. Yorqos Masuras, 15. Sokratis Papastatopulos, 20. Coş Bouler
Baş məşqçi: Miçel Qonsales
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 7. Riçard Almeyda, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 44. Elvin Cəfərquliyev, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 6. Julio Romao, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 19. Filip Ozobiç, 81. Kevin Medinaiç, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev
Baş məşqçi: Qurban Qurbanov
Pirey. "Georgios Karaiskakis" stadionu