Dünən UEFA Avropa Liqasında 1/16 finalın ilk oyunları keçirilib.
Dovlet.tv xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ" da pley-offun ilk matçına çıxıb.
Ağdam təmsilçisi səfərdə "Braqa" ilə qarşılaşıb. Oyun "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda olacaq.
00:00. "Braqa" (Portuqaliya) – "Qarabağ" (Azərbaycan) - 2:4
Qollar: Marko Yankoviç, 21-pen. (0:1), Simon Banza, 44 (1:1), Abdullah Zubir, 54 (1:2), Juninyo, 67 (1:3), Abdullah Zubir, 69 (1:4), Joao Moutinyo, 90+1 (2:4)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa."Munisipial de Braqa" stadionu