Qolun artından İbrahima Vadji əlinə düşən əlverişli imkanı boşa verib. 27 yaşlı seneqallı hücumçu 36-cı dəqiqədə istəyinə çataraq qonaqları növbəti dəfə məyus edib.
İkinci yarının əvvəlində də "Qarabağ" hücum edən tərəf olub. 50-ci dəqiqədən sonra İsveçrə təmsilçisi hücumlarının sayını artırıb.
"Sürix"in bir neçə təhlükəli epizodunda qapıçı Şahruddin Məhəmmədəliyev topun qapıdan keçməsinə imkan verməyib. Bir saatın tamamında Filip Ozobiçin yerinə meydana Ramil Şeydayev daxil olub.
65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Qonaqların sevinci çox çəkməyib. Bir dəqiqə sonra İbrahima Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
71-ci dəqiqədə Elvin Cəfərquliyev yerini Toral Bayramova, Marko Yankoviç isə İsmayıl İbrahimliyə verib. 78-ci dəqiqədə Kvabena Ovusu görüşdə dubl edən İbrahima Vadjinin, Abbas Hüseynov Marko Veşoviçin yerinə meydana daxil olub.
85-ci dəqiqədə Mirlind Kryeziu penaltini dəqiqə yerinə yetirməklə hesab arasındakı fərqi minimuma endirib.
Beləliklə, "Qarabağ" ilk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab oyunu iyulun 27-də keçiriləcək.
"Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
Qarabağ: Şahruddin Məhəmmədəliyev, Marko Veşoviç, Maksim Medvedev, Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borqes,Marko Yankoviç, Riçard Almeyda, Abdullah Zubir, Filip Ozobiç, İbrahima Vadji.