"Qarabağ"dan avrokuboklarda tarixi nəticə

Dünən UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Dovlet.Tv xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da qrupda sonuncu və vacib matçına çıxıb.


Qurban Qurbanovun komandası Bakıda "Hekken"i qəbul edib. Bugünkü görüş "Qarabağ" və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qalıb. İsveçdə keçirilən matçda "Hekken"ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələyib və 2-ci yerin sahibi kimi qrupdan çıxıb. Bununla da "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib. 

14 dekabr

UEFA Avropa Liqası

21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:1

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4 - Bədavi Hüseynov, 90+4-avtoqol

Qırmızı vərəqə: Marko Veşoviç, 56 ("Qarabağ")

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45."Bayer" (Almaniya) - "Molde" (Norveç) - 5:1 

Qol: Şik, 7, Tapsoba, 22, Ellinqsen, 26, Hlozek, 60, 70 - Kitalano, 76 (5:1)