Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya səfər edəcək.
Məlumata görə, Avstriya ilə görüşdən sonra futbolçuları təbrik edən Ərdoğan ¼ final görüşünü də stadiondan izləyəcək.
Qeyd edək ki, Almaniyanın Berlin şəhərində keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə milli komandası Niderlandla qarışılaşacaq.