Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
APA xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.