Rusiya Belarus ərazisində nüvə silahları yerləşdirəcək

Rusiya Belarus ərazisində nüvə silahları yerləşdirəcək

Rusiya iyulun 1-dək Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdıracaq.

Bu sözləri “Rossiya-24” telekanalının efirində jurnalistin sualına cavab verən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri həmçinin əlavə edib ki, Moskva nüvə silahının daşıyıcısı olan “İsgəndər” kompleksini də artıq Belarusa təhvil verib.
“Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi məsələsini qaldırıb. Birləşmiş Ştatlar bu silahları çoxdan dünyanın bir sıra ölkələrində yerləşdirib, ona görə də Belarusun tələbində qeyri-adi heç nə yoxdur”, - deyə Vladimir Putin vurğulayıb.

Mənbə: TASS