Rusiya Polşaya raket atdı: Qırıcılar havaya qalxdı
Rusiyanın gün ərzində Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb.
Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib.
Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib.
Polşanın baş naziri Mateuş Moravietski və prezident Andjey Duda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar.
Polşalı ekspertlər belə halda NATO nizamnaməsinin 5-ci bəndinin icrasının gündəmə gələ biləcəyini vurğulayırlar.
Qeyd edək ki, bu bənd üzv dövlətlərin ərazisini bütün alyans dövlətləri tərəfindən birgə müdafiəsini nəzərdə tutur.
Polşa Hərbi Hava Qüvvələri döyüş təyyarələrini Tomaşov-Lubelski aerodromundan havaya qaldırıb.
Bu addımın Rusiya tərəfindən ölkə ərazisinin raket atəşinə tutulmasına cavab olaraq atıldığı bildirilib.
Hazırda Polşanın Təhlükəsizlik Şurası məsələ ilə bağlı təcili iclas keçirir.