Rusiya sərhədindən kənarda ən böyük hərbi bazasında təlimlərə başladı
Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazası Mi-8MTV5-1 və Mi-24 döyüş helikopterləri ilə təlimlərə başlayıb.
Qeyd olunur ki, manevrlər zamanı Rusiya hərbçiləri həm ekipajın tərkibində, həm də fərdi qaydada sağ qalma bacarıqlarını təkmilləşdirirlər.
Paraşütlə tullanmalara, uzun keçidlərə, müxtəlif maneələri, o cümlədən su maneələrini dəf etməyə xüsusi diqqət yetirilir.
Məşqin sonunda gün ərzində vəhşi təbiətdə yaşamaq bacarıqları təlimləri keçiləcək.
201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektidir. O, iki şəhərdə - Düşənbə və Boxtarda yerləşdirilib.
Yanvarda Tacikistanda Rusiyanın 201-ci hərbi bazasının motoatıcı bölmələrinin 1000 hərbçisinin iştirakı ilə təlimlər keçirilib.
Mənbə: İnterfaks