Rusiya sülhməramlısından etiraf: “Qarabağ Azərbaycandır!”

Rusiya sülhməramlısından etiraf: “Qarabağ Azərbaycandır!”

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarından olan həmyerlimiz ilə Rusiya sülhməramlısı arasında keçən qısa dialoq diqqət çəkib.

Dovlet.Tv xəbər verir ki, Yusif adlı gənc aksiya zamanı Rusiya sülhməramlısı ilə göz-gözə gəlib. Bu zaman sülhməramlı əlini onun çiyninə qoyaraq qulağına “İnşallah, Qarabağ Azərbaycandır!” cümləsini işlədib.

Mətbuat nümayəndəsinin “nə dediyinizi bilmək olar?” sualına “xeyr” cavabını versə də, sülhməramlının səsi mikrofona düşüb.