Sabah yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək

Sabah yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyitlərinin qalıqları dəfn ediləcək.

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, hərbçilər Elman Hüseyn oğlu Camalovun, Əbülfəz Əbülfət oğlu Əbilovun, Cavanşir Ərşad oğlu Hüseynovun və Tahir Şirin oğlu Şirinovun meyitlərinin qalıqları sabah Abşeron rayonu, Mehdiabad qəsəbəsində, hərbçi Camaləddin İbad oğlu İbrahimovun cənazəsi sabah saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Qənbər Teymur oğlu Yarıyevin meyitinin qalıqları sabah saat 14:00-da Salyan rayonunun Şəhidlər xiyabanında, Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları isə saat 16:00-da Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.