Səfirlik azərbaycanlıların Kiyevdən qatarla təxliyəsi ilə bağlı məlumat yayıb

Səfirlik azərbaycanlıların Kiyevdən qatarla təxliyəsi ilə bağlı məlumat yayıb

2 mart 2022-ci il tarixində saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək.

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyindən verilən xəbərə görə, qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb. Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.

Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1.

Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.

Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:

+373 781 81 361
+373 789 91 849
+373 222 32 277