Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatdı

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatdı

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb.

Dovlet.Tv xəbər verir ki, mərasim mərhumun Yasamaldakı evinin qarşısında keçirilib.

Şəhidimizin nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına aparılır.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.