Səkkiz yaşlı qız smartfonun partlaması nəticəsində öldü

Səkkiz yaşlı qız smartfonun partlaması nəticəsində öldü

Hindistanda səkkiz yaşlı qız Adityaşri Kumar gecə saatlarında evində “Redmi Note 5 Pro” smartfonunun partlaması nəticəsində ölüb.

Hadisə ölkənin cənubundakı Tiruvilvamala kəndində baş verib.

Məhkəmə-tibbi ekspertiza göstərib ki, qəza zamanı telefon şarjda olmayıb. Ölümə səbəb mobil cihazın həddindən artıq qızması səbəbindən içərisində batareyanın partlaması olub.

Səkkiz yaşlı qızın atası Aşok Kumar bildirib ki, faciə baş verən zaman evdə qızı ilə birgə yalnız nənəsi olub. Mütəxəssislərin fikrincə, “Redmi Note 5 Pro” yorğanın içərisində olduğu üçün həddindən artıq qızıb.
Nənə polisə bildirib ki, hadisə zamanı uşaq yorğanın altında uzanaraq smartfonla oynayırmış. Mətbəxə çəkilən qadın partlayış səsi eşidib və otağa daxil olduqda çarpayıda yaralı nəvəsini görüb.

Mənbə: gazeta.ru