Şəmkirdə mikroavtobusda qəzaya düşərək xəsarət alan sərnişin dünyasını dəyişib

Şəmkirdə mikroavtobusda qəzaya düşərək xəsarət alan sərnişin dünyasını dəyişib

Bakı-Qazax avtomobil yolunda mikroavtobusda qəzaya düşən sərnişin yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

“Report” xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Könüllü kənd ərazisindən keçən hissəsində Gəncə-Qazax-Gəncə reysi üzrə hərəkətdə olan “Mercedes” markalı avtomobilin dünən kranla toqquşması nəticəsində xəsarət alan Tovuz rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Musayev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır