Silah oğurlayan sabiq polislərə hökm oxundu

Silah oğurlayan sabiq polislərə hökm oxundu

Silah oğurluğunda təqsirləndirilən Sabunçu Rayon Polis İdarəsinin sabiq əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Musa Allahverdiyev 5 il 6 ay, Cavid Hüseynov isə 3 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sabunçu Rayon Polis İdarəsində aparılan yoxlama zamanı “Zəfər K” tapançalarından birinin yoxa çıxdığı məlum olub.

Dörd ay davam edən axtarışdan sonra 2021-ci ilin aprel ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.