“SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən YDM-lərin sayını artırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb.
Bu barədə şirkətin “Twitter” hesabında qeyd edilib.
“Adıyaman, Aksaray, Qaziantep, Hatay, Kahramanmaraş, Mersin və Şanlıurfadakı yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürmə briqadaları və növbətçi bütün xilasetmə vasitələrinə pulsuz yanacaq verdiyimiz məntəqələrin sayını artırdıq.
Tutumu məhdud olan axtarış-xilasetmə maşınlarına ən sürətli dəstəyin göstərilməsi üçün zəlzələ bölgəsində vətəndaşlarımızın fərdi avtomobillərinin yanacaq tələbatını pulsuz ödəmək mümkün olmayacaq. Stansiyalarımızın telefonlarının əlçatan olması vacibdir, bunun üçün kənar şəxslərin zəngləri qəbul edilməyəcək. Xilasetmədə iştirak edənlərdən kənar zənglər lazım olan şəxslərin və qurumların əlaqəsinə və xilasetmə işlərinə mane ola bilər”, - deyə bildirilir.
YDM-lər bu ünvanlarda yerləşir:
Adıyaman / Merkez And Dereci Petrol - https://lnkd.in/d_VHBdNC Telefon: 0532 585 20 32
Adıyaman / Kahta Erdoğanlar Petrol - https://lnkd.in/d92DAN3Y Telefon: 0530 348 18 99
Aksaray / Merkez Altınsoy Ramsöy Petrol - https://lnkd.in/ds65z7tr Telefon: 0537 543 71 11