SOCAR Ukraynada təcili tibbi yardım maşınlarını benzinlə ödənişsiz təmin edəcək

SOCAR Ukraynada təcili tibbi yardım maşınlarını benzinlə ödənişsiz təmin edəcək

“Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək”.

Bu barədə SOCAR-ın vitse-prezidentinin müavini və mətbuat katibi İbrahim Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, məsələ ilə bağlı Azərbaycan dövləti tərəfindən xüsusi göstəriş verilib.

Qeyd edək ki, hazırda Ukrayna ərazisində 59 belə yanacaqdoldurma məntəqəsi var.