Sumqayıtda hündürlükdən yıxılan 76 yaşlı kişi ölüb.
Dovlet.Tv "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin altıncı mikrorayonunda qeydə alınıb.
Belə ki, 1949-cu il təvəllüdlü Zamiddin Həbibulla oğlu Həbibov yaşadığı doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.