Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb.

Qeyd edək ki, nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.

“Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə XİN-dən bildirilib.

Həmçinin, beynəlxalq gündəm məsələləri də müzakirə edilib.

Mənbə: TASS