Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
Nazirlikdən verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elşən Hümbət oğlu Mustafayev Mərkəzin baş direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E.Mustafayev bu vəzifədə Respublika Psixiatriya Xəstəxanasına baş direktor təyinatı alan Orxan Cəfərovu əvəzləyib.