Tofiq Musayev zədələnib nokauta düşdü

Tofiq Musayev zədələnib nokauta düşdü

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

Dovlet.Tv xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib. Görüşün üçüncü raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.

Bu Musayevin MMA karyerasındakı 25-ci duelində 5-ci məğlubiyyəti olub. ABŞ-nin San-Xose şəhərində keçirilən “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.