Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır

Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır

Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb. Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü A.Namazova zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə alan qadının sirkə turşusundan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.