Türkiyə kosmosa ilk peykini buraxmağa hazırlaşır

Türkiyə kosmosa ilk peykini buraxmağa hazırlaşır

Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırır.

Bu barədə şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

Onun sözlərinə görə, kosmik layihə üzərində il yarımdır iş gedir.

“Hər kəsin getdiyi yerə getmirik: Gələcəyi əvvəldən görür və bu gələcək üçün yarışa bu gündən hazırlaşırıq. Kosmik texnologiya sahəsində aşağı orbit peykləri və orbital ötürmə vasitələri üzərində işləyirik. İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik”, - deyə o vurğulayıb.

Yeni texnologiyanın qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək peyk olacağı gözlənilir.

Mənbə: Axşam.com.tr