Türkiyədə içində bomba olan avtomobil partladıldı: Yaralıların sayı açıqlandı

Türkiyədə içində bomba olan avtomobil partladıldı: Yaralıların sayı açıqlandı

Diyarbəkirdə çevik polis qüvvələrinə qarşı terror hücumunda 9 nəfər yaralanıb.

Yaralıların 8-i polis, biri mülki şəxsdir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb.

Türkiyədə Diyarbəkir-Mardin yolu üzərində park edilmiş avtomobil partlayıb.

Çevik polis maşınının ərazidən keçdiyi zaman avtomobildə olan partlayıcı işə salınıb.

Əraziyə xilasedicilər cəlb ediliblər. Yaralıların olduğu bildirilir.

Mənbə: Haber Global