Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu: Ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu: Ölən və yaralananlar var

Amasyanın Taşova rayonunda sərnişin avtobusu ilə tikinti texnikasını daşıyan yük maşını toqquşub.

Arxadan gələn avtobus yük maşını üzərindəki ekskavatora çırpılıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Avtobusda olan sərnişinlərdən Gülər ​​Gümüş qəza yerində, avtobus sürücüsü Mustafa Dursun və sərnişinlərdən Mehmet Kılıçarslan isə aparıldıqları xəstəxanada dünyasını dəyişiblər.

Yaralılardan 8-i əraziyə göndərilən təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Mənbə: Haber Global