Türkiyədə zəlzələ qurbanlarının sayı artdı: SON VƏZİYYƏT

Türkiyədə zəlzələ qurbanlarının sayı artdı: SON VƏZİYYƏT

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb. Yaralıların sayı isə 20 534-ə yüksəlib.

F.Oqtayın sözlərinə görə, dağıntılar altından 8 mindən çox insan xilas edilib.

Şəhərlər üzrə insan itkilərinin sayı isə belədir:
Kahramanmaraş – 530

Hatay – 872

Osmaniye – 293

Adıyaman – 720

Diyarbəkir – 92

Şanlıurfa – 95

Qaziantep – 481

Adana – 146

Malatya – 176

Elazığ - 2

10:45

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 3 381-ə çatıb.

Bu barədə AFAD rəsmisi Orhan Tatar bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 20 426-ya yüksəlib.