Ukrayna bir gecədə İran istehsalı olan 24 kamikadze-dronu məhv edib

Ukrayna bir gecədə İran istehsalı olan 24 kamikadze-dronu məhv edib

Bu gecə Ukrayna Müdafiə Qüvvələri İran istehsalı olan 24 ədəd “Şahed” kamikadze-dronunu vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı “Facebook”da məlumat verib.

“Yanvarın 26-na keçən gecə rusiyalı işğalçılar İran istehsalı olan “Şahed-136/131” kamikadze-dronları ilə Ukraynaya hücumları bərpa ediblər. PUA-larla hücumlar Azov dənizinin şərq sahilindən başlayıb.

İlkin məlumatlara görə, düşmən 24 ədəd kamikadze-dron istifadə edib. Onların hamısı məhv edilib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, kamikadze-dronların böyük əksəriyyəti ölkənin mərkəzində - “Mərkəz” Hava Komandanlığının məsuliyyət zonasında məhv edilib.