Ukrayna ordusuna məxsus təyyarə yerə çırpıldı: Ölənlər var

Ukrayna ordusuna məxsus təyyarə yerə çırpıldı: Ölənlər var

Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə yerə çırpılıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 14 nəfərdən beşi həlak olub.

Təyyarədə hadisə nəticəsində yanğın baş verdiyi qeyd olunur.

Mənbə: Pravda.com.ua