Ukraynada Rusiyaya məxsus daha bir qırıcı vuruldu

Ukraynada Rusiyaya məxsus daha bir qırıcı vuruldu

Nikolayev vilayətində Rusiyaya məxsus qırıcı vurulub.

Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Məlumata görə, təyyarə Berezanski rayonunun Çapayevka kəndində vurulub.

Pilot katapult edib, lakin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin əlinə keçib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qüvvələrinin Rusiyanın təxminən 39 təyyarə və 40 helikopterini vurması barədə məlumat yayıb.