Xankəndi yolunda etiraz aksiyası keçirən fəalların haqlı tələbləri artdı

Xankəndi yolunda etiraz aksiyası keçirən fəalların haqlı tələbləri artdı

Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəalların haqlı tələbləri genişlənib.

Dovlet.Tv xəbər verir ki, bunadək ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istifadəsinin qarşısının alınmasını və həmin yataqlarda monitorinqlərin aparılmasını tələb edirdilər.

Bu gün isə fəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən bütün yataqlarda monitorinqlərin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür ki, davam edir.