Xankəndi yolunda etirazların 13-cü günü: Sülhməramlılar konteynerləri apardılar

Xankəndi yolunda etirazların 13-cü günü: Sülhməramlılar konteynerləri apardılar

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb.

Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə - Laçın istiqamətinə aparılır.

Həmin üç avtomobilin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb.