Xarkov raket atəşinə tutuldu: Yaralılar var

Xarkov raket atəşinə tutuldu: Yaralılar var

Ukraynanın Xarkov şəhəri Rusiya qoşunları tərəfindən raket hücumuna məruz qalıb.

Bu barədə şəhərin meri İqor Terexov “Telegram” səhifəsində məlumat verib.

Şəhərdə silsilə partlayış səsləri eşidilir. Şəhər sakinləri sığınacaqlarda qalmağa çağırılır.

İnzibati-istehsalat binası raket atəşinə tutulub, dağıntılar var.

Beş nəfərin xəsarət aldığı bildirilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bildirir ki, Xarkov vilayətinin 544 yaşayış məntəqəsi Ukrayna qoşunları tərəfindən işğaldan azad olunub.

Mənbə: UNİAN