Yağış, qar, şaxta - Sabahın HAVA PROQNOZU

Yağış, qar, şaxta - Sabahın HAVA PROQNOZU

Azərbaycan ərazisində dekabrın 13-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq.