Zelenski Putinlə birbaşa danışıqlara hazırdır

Zelenski Putinlə birbaşa danışıqlara hazırdır

Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa telemarafon zamanı bildirib.

“Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə heç bir ultimatum olmadan və qətiyyətlə”, - Sibiqa vurğulayıb.

Daha əvvəl Ukrayna mətbuatı bildirib ki, Prezident Zelenski Rusiyanın dövlət başçısı ilə Türkiyədə danışıqlara razılaşıb.

Mənbə: unian.net