Biləsuvarda avtobus qəzasının TƏFƏRRÜATI məlum olub

Biləsuvarda avtobus qəzasının TƏFƏRRÜATI məlum olub

Biləsuvar rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən qəzanın təfərrüatı məlum olub.

Bizim.media xəbər verir ki, hadisə Köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşı Əsgər Balazadənin idarə etdiyi, Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Rasim Bayramovun idarə etdiyi betonqarışdıran yük maşınına çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarında hərəkətsiz vəziyyətdə dayanan VAZ markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində bir sərnişin qolundan xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Naxçıvandan Bakıya gələn avtobus köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində qəzaya uğrayıb.