Novxanıda güclü partlayış: Vüqar Həşimovun valideynlərinin vəziyyəti ağırdır

Novxanıda güclü partlayış: Vüqar Həşimovun valideynlərinin vəziyyəti ağırdır

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbi ilə bu gün saat 08:10-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib:

"Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".

Qeyd edək ki, xəsarət alanlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimovadır.